Elman Abdullayev: “Heç kimə istintaqı necə aparmaq barədə göstəriş vermək olmaz” Elman Abdullayev: “Heç kimə istintaqı necə aparmaq barədə göstəriş vermək olmaz”

“AB-nin Azərbaycanla bağlı son bəyanatı qəbulolunmazdır“

Elman Abdullayev: “Heç kimə istintaqı necə aparmaq barədə göstəriş vermək olmaz”



Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Birliyinin Azərbaycanda insan haqlarına dair son bəyanatını təhqiqat işinin gedişinə müdaxilə kimi dəyərləndirir. APA-nın məlumatına görə, Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AB-nin ATƏT-dəki nümayəndəliyinin son bəyanatını belə şərh edib.

"Bu qəbulolunmazdır və təəccüb doğurur. Heç kimə istintaqı necə aparmaq barədə göstəriş vermək olmaz, çünki Azərbaycanda da istintaq prosesi bütün dünyada olduğu kimi müstəqildir. Kimə hansı ittihamların irəli sürülməsini təhqiqat orqanları özləri müəyyənləşdirir. Təəccüb doğuran isə odur ki, daim müstəqil məhkəmə proseslərinin keçirilməsinə tərəfdar olduğunu bəyan edənlər bu gün Azərbaycanda istintaq prosesinə təzyiq etməyə çalışırlar. Bu kimi bəyanatlar Avropa Birliyinin obyektivliyinə kölgə salır".

AzNews.az