11:59
(077) 610-22-33

Rusiyanın səfiri: “Qəbələ RSL-də inventarın daşınması bir neçə ay çəkəcək”

  • >
234 15 Fevral 2013 16:06 | Siyasət

"Qəbələ radiolokasiya stansiyasının inventarlarından hansının bizə, hansının Azərbaycana aid olması yaxın günlərdə müəyyənləşəcək. Lakin inventarların Azərbaycandan çıxarılması yəqin ki bir neçə ay çəkəcək". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin verib.

Onun sözlərinə görə, fevralın 5-də Qəbələ RLS-in fəaliyyətinin dayandırılması ilə bağlı hökumətlərarası birgə komissiyasının ilk iclası keçirilib. "Hazırda danışıqlar fasiləsiz olaraq Qəbələdə davam etdirilir. Stansiya Azərbaycana aiddir və biz onu 2002-ci ildə aldığımız şəkildə bu ölkəyə qaytarmalıyıq. 2002-ci ildən sonra biz buraya müəyyən avadanlıqlar, avtomobillər, tibbi sanitar ləvazimatlar gətirdik. Bunları aparmaq bizim haqqımızdır. Bununla bağlı iş normal şəkildə gedir. Biz bu məsələ ilə bağlı Azərbaycan baş nazirin müavini Yaqub Eyyobovla da danışmışıq. Bu yaxınlarda nəyi aparacağımızı dəqiq biləcəyik".

AzNews.az
Bağla X