10:03
(077) 610-22-33

Avropa Şurası baş katibi İlqar Məmmədovun vəkillərinə zəng edib

  • >
343 15 Fevral 2013 16:53 | Siyasət

Fevralın 15-də Avropa Şurasının baş katibi Tyorborn Yanqland REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun vəkillərinə zəng edib.

Turan-a məlumatlı mənbələrdən daxil olan məlumata görə, Yanqland istintaqın gedişatı, Məmmədovun vəziyyəti ilə maraqlanıb və bu işlə bağlı narahatlığını bildirib.

Öz növbəsində, vəkillər baş katibə Məmmədovun hüquq və maraqlarının müdafiəsi üzrə görülən tədbirlər haqqında məlumat veriblər.

Xatırladaq ki, REAL lideri eyni zamanda Avropa Şurasının Bakı Siyasi Araşdırmalar Məktəbinin direktorudur

AzNews.az
Bağla X