Hərəkat İctimai Palatanın namizədini dəstəkləyə bilər Hərəkat İctimai Palatanın namizədini dəstəkləyə bilər

Müxalifətdə daha bir hərəkat yaradılır

Hərəkat İctimai Palatanın namizədini dəstəkləyə bilər





"Bir neçə təşkilatla yeni bir hərəkat yaradırıq. Gələn həftə bu barədə daha ətraflı məlumat verəcəyik. Hərəkatın vəzifələri, qarşısına qoyduğu məqsədləri barədə məlumatları hələlik açıqlamırıq". Bu barədə AzNews.az-a Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu məlumat verib. O, qeyd edib ki, müxalifətdə vahid bir düşərgə olacaqsa, hərəkat onu dəstəkləyəcək:

"Ənənəvi rəqabət, yersiz söz-söhbətlər davam edəcəksə, seçkidə iştirak etməyimi istisna etmirəm. Çünki bu çəkişmələrdə iştirak edə-edə ömrümüzü vermişik. İndi də vəziyyətin bu cür davam etməyinin əleyhinəyəm. Yaradacağımız hərəkat heç bir birliyə aid olmayacaq. Digər birliklərin fəaliyyətini müsbət qiymətləndiririk. Hesab edirəm ki, siyasi palitra nə qədər rəngarəng olsa, bir o qədər ölkənin demokratikləşməsinə xidmət edəcək".

Ə.Oruclu "İctimai Palatanın vahid namizədi olarsa, onu dəstəkləyəcəksizmi" sualına belə cavab verib:

"Hələ namizədlik barədə qərarımı verməmişəm. İctimai Palatanın vahid namizədi olacaqsa və həqiqətən də həmin namizədlə müxalif spektri təmsil edə biləcəksə, biz onu dəstəkləyəcəyik. Baxmayaraq ki, İP-ə heç bir bağlılığım yoxdur. Təkcə İP-lə deyil, ümumiyyətlə, heç bir qurum qarşısında siyasi məsuliyyətim yoxdur".

İlkin
AzNews.az