“Dağlıq Qarabağ, Ukrayna və Dnestryanı bölgədə Avropasayağı, sivil formada qayda yaratmaq lazımdır. ATƏT Avropa regionunda Belarusa təhlükəsizlik donoru kimi yanaşa bilər”. “Dağlıq Qarabağ, Ukrayna və Dnestryanı bölgədə Avropasayağı, sivil formada qayda yaratmaq lazımdır. ATƏT Avropa regionunda Belarusa təhlükəsizlik donoru kimi yanaşa bilər”.

A.Lukaşenko Dağlıq Qarabağ tənzimlənməsində həmsədr ölkə prezidentlərindən dəfələrlə aktivdir - Mübariz Əhmədoğlu

“Dağlıq Qarabağ, Ukrayna və Dnestryanı bölgədə Avropasayağı, sivil formada qayda yaratmaq lazımdır. ATƏT Avropa regionunda Belarusa təhlükəsizlik donoru kimi yanaşa bilər”.

AzNews.az xəbər verir ki, Belarus prezidenti, ATƏT PA-nın rəhbərliyi ilə Minskdə görüşərkən belə bir bəyanatı verdi.

Bir az öncə AİB –in iclasında A.Lukaşenko “Biz Qarabağda, Dnestryanı bölgədə və Ukraynada bu problemləri həll edə bilərik. Bunlar bizim problemlərdir. Biz onları xarici “polit bürolarsız” və müdaxilələrsiz həll etməliyik” tezisini ortalığa qoydu.

Təxminən eyni vaxtda A.Lukaşenko “Biz MDB məkanında Dağlıq Qarabağ və Dnestryanı problemləri həll etməliyik, amma bunu etmirik. Amma ona görə yox ki, etmək olmaz, ona görə ki, müxtəlif maraqlar var. Problemi isə həll etmək lazımdır. Bəyəm Dağlıq Qarabağda əhali daimi müəyyən hərbi problemlərə məruz qalır. Bəyəm bu yaxşı yaşamaqdır... Bu normaldır? Bu normal deyil!” açıqlamasını verdi.

Dağlıq Qarabağ tənzimlənməsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin vasitəçilərsiz görüşünü təklif edən də A. Lukaşenkodur. Onun fikrincə, bu münaqişənin tənzimlənməsində heç bir başqa dövlət zamin olmamalıdır. A.Lukaşenko Rusiyanı nəzərdə tuturdu. Belarus prezidentinin irəli sürdüyü təklif Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həqiqi maraqlı olanların tələbinə cavab verir. Ona görə bu təklif Azərbaycanın maraqlarına uyğundur. Ermənistan isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasında maraqlıdır.

Belarus prezidenti A.Lukaşenko Dağlıq Qarabağ tənzimlənməsi mövzusunu həm MDB və həm də Avropa müstəvisində aktuallaşdıran çoxazsaylı liderlərdəndir.

Onun bu tənzimləməyə yanaşması orijinaldır və bu yanaşmaya çoxkomponentlik xasdır. ATƏT MQ həmsədr olkə prezidentləri heç vaxt buna bənzər yanaşma ortalığa qoymayıblar.

Belarus prezidenti A.Lukaşenkonun Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək məqsədi ilə Minsk konfransının çağırılmasını sürətləndirmək istiqamətində təşəbbüs irəli sürməsi çox faydalı olardı.

AzNews.az