11:44
(077) 610-22-33

Ağsaqqallar İlham Əliyevin namizədliyini irəli sürdülər

  • >
195 16 Fevral 2013 13:47 | Siyasət

Fevralın 16-da Bakıdakı "Kempinski" hotelində keçirilən qurultayında Respublika Ağsaqqallar Şurası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

APA-nın məlumatına görə, qurultay nümayəndələri bununla bağlı dövlət başçısına müraciət qəbul ediblər.

Müraciətdə deyilir: "...Azərbaycana zəngin idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı prinsipial və qətiyyətli siyasətçinin rəhbərlik etməsi çox vacibdir. Ona görə də biz ağsaqqallar ölkəmizin inkişafı və xalqımızın rifahı naminə apardığınız siyasətin davam etdirilməsini zəruri hesab edirik".

Bundan əvvəl İlham Əliyevin namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında irəli sürülüb.

Yeni Azərbaycan Partiyası hələ ki İlham Əliyevin namizədliyini irəli sürməyib. YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, bu qərar seçki kampaniyasına rəsmən start veriləndən sonra açıqlanacaq.

AzNews.az
Bağla X