ABŞ prezidenti Donald Tramp bir sıra vacib məsələləri, o cümlədən Əfqanıstanla bağlı qəbul etdiyi qərarları bəyan edib. ABŞ prezidenti Donald Tramp bir sıra vacib məsələləri, o cümlədən Əfqanıstanla bağlı qəbul etdiyi qərarları bəyan edib.

Donald Tramp Əfqanıstan ilə bağlı yeni qərarlar qəbul olunduğunu bildirib

ABŞ prezidenti Donald Tramp bir sıra vacib məsələləri, o cümlədən Əfqanıstanla bağlı qəbul etdiyi qərarları bəyan edib.

"Report" xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Twitter" hesabında yazıb.

"Çox istedadlı generallarımız və hərbi liderlərimizlə Kemp-Deviddə çox vacib gün keçirdim. Bəzi məsələlər, o cümlədən Əfqanıstanla bağlı bir sıra əhəmiyyətli qərarlar qəbul etdik", - o yazıb. Amma D.Tramp hansı qərarlardan söhbət getdiyini açıqlamayıb.

Xatırladaq ki, ABŞ prezidenti dünən hərbçilərlə Əfqanıstan və digər məsələlər üzrə genişmiqyaslı görüş keçirib. O, ABŞ-ın bir neçə minlik hərbi kontingentinin olduğu Əfqanıstan üzrə gələcək addımları müəyyənləşdirməyə çalışır. Mümkün variantlar arasında ABŞ-ın hərbi rolunun artırılması, qoşunların Əfqanıstandan tam şəkildə çıxarılması və ya hərbi vəzifələrin özəl şirkətlərə ötürülməsi var.

Qeyd edək ki, ABŞ terrora qarşı mübarizə adı altında 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Ardından BMT Təhlükəsizlik Şurasının sanksiyaları əsasında ölkəyə NATO komandanlığı altında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (BTYQ) daxil olub. ABŞ və ISAF-ın rəhbərliyi altında antiterror koalisiyası "Taliban" hərəkatının və "Əl-Qaidə" qruplaşmasının yaraqlıları ilə mübarizə aparıb. 2014-cü ildə NATO ölkələrinin döyüş kontingenti Əfqanıstandan çıxarılıb. 2015-ci il yanvarın 1-dən isə ölkədə hərbi əməliyyatların əvəzinə "Qətiyyətli dəstək" qeyri-döyüş missiyası başladılıb.

AzNews.az