“Ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır. Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır. Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir. Beləliklə, ölkəmizin bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”. “Ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır. Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır. Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir. Beləliklə, ölkəmizin bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”.

“Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var” - Prezident

“Ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır. Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır. Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir. Beləliklə, ölkəmizin bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var”.

AzNews.az xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev ötən gün Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirakı zamanı deyib. Dövlət başçısı bildirib ki, Gədəbəy şəhərinin su probleminin həlli də bu siyasətin bir təzahürüdür: “Çünki siz - burada yaşayan insanlar yaxşı bilirsiniz ki, su həmişə insanları narahat edən bir problem olub. Əvvəlki illərdə şəhərin bir hissəsi, özü də gündə bir neçə saat ərzində su ilə təmin olunurdusa, bu gün bu problem əsaslı şəkildə öz həllini tapıbdır və Gədəbəyə təmiz içməli su gətirilib. Hesab edirəm ki, bu layihə tarixi layihədir. Çünki tarixdə bu günə qədər bu problem heç vaxt öz həllini tapmamışdı. Bu layihənin həyata keçirilməsi üçün, əlbəttə, böyük vəsait tələb olunurdu. Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, insanlar təmiz içməli su ilə təmin olunsunlar. Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. İndi Azərbaycanda içməli su layihələrinin icrası geniş vüsət alıb. Bir çox rayonda bu layihələr artıq istifadəyə verilib. İndi icra edilməkdə olan layihələr kifayət qədər çoxdur. Bir sözlə, qarşıya vəzifə qoyulmuşdur ki, bu problem Azərbaycanın bütün bölgələrində öz həllini tapsın və Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunsun. Hesab edirəm ki, bu, infrastruktur layihələri arasında ən önəmli layihələrdən biridir”.

Elektrik yarımstansiyasının açılışını diqqətə çatdıran prezident, bu problemin də Gədəbəy şəhərində və rayonunda öz həllini tapdığını qeyd edib: “Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrdə hava şəraitindən asılı olaraq işıqlar kəsilirdi, köhnə, çürümüş taxta dirəklər sıradan çıxırdı, - onların şəkilləri indi mənə təqdim olundu, - əlbəttə ki, bu, bizə yaraşmırdı. İndi həm yarımstansiya tikilib, həm yeni ötürücü xətlər çəkilib ki, Gədəbəy rayonunda enerji təminatı dayanıqlı olsun. Biz artıq buna nail olmuşuq”.

“Biz onu da bilməliyik ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır. Yəni, bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var. Çünki indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri tikilir. Azərbaycan vətəndaşları öz torpağına çox bağlıdırlar. Ancaq biz bu amili mütləq həmişə yadda saxlamalıyıq ki, Azərbaycan əhalisi hər il yüz min nəfər artır. Əlbəttə ki, bu, bizim qarşımıza yeni tələblər qoyur. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilməlidir, infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq məsələləri həllini tapmalıdır. Biz bu gün özümüzü ərzaq məhsulları ilə tam təmin etmək üçün böyük işlər görürük. Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə, bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir, o cümlədən Gədəbəy rayonunda”-deyə prezident bildirib.