16 fevral gününün sonunda musavat.com-a məlumat daxil oldu ki, sabiq deputat Gülər Əhmədova Bakı İstintaq Təcridxanasından çıxarılıb. Həbsxana heyətinə aid olan mənbəmiz müxbirimizə deyib ki, onu saxlandığı kameradan çıxartdılar və xəstəxanaya apardılar. 16 fevral gününün sonunda musavat.com-a məlumat daxil oldu ki, sabiq deputat Gülər Əhmədova Bakı İstintaq Təcridxanasından çıxarılıb. Həbsxana heyətinə aid olan mənbəmiz müxbirimizə deyib ki, onu saxlandığı kameradan çıxartdılar və xəstəxanaya apardılar.

“Gülər Əhmədova həbsxanadan çıxarılıb“

16 fevral gününün sonunda musavat.com-a məlumat daxil oldu ki, sabiq deputat Gülər Əhmədova Bakı İstintaq Təcridxanasından çıxarılıb. Həbsxana heyətinə aid olan mənbəmiz müxbirimizə deyib ki, onu saxlandığı kameradan çıxartdılar və xəstəxanaya apardılar.



Keçmiş deputatı Penitensiar xidmətin Böyük Şordakı xəstəxanasına köçürüblər.

Lakin bunu mediadan və ictimaiyyətdən gizli saxlayırlar. Müxbirimiz xəbəri dəqiqləşdirmək üçün Gülər Əhmədovanın vəkili Eldar Qədimi ilə əlaqə saxlayıb. Vəkil deyib ki, onda bu barədə məlumat yoxdur: "Az öncə Gülər xanımın həyat yoldaşı ilə də əlaqə saxladım. Belə bir məsələ olsaydı mənə deyərdi", - vəkilin cavabından sitat. Ölkənin tanınmış hüquq müdafiəçilərindən biri isə dedi ki, əgər onu saxlandığı kameradan səhhətinə görə çıxarıblarsa, buna görə Böyük Şordakı xəstəxanaya köçürmə etməyə gərək yoxdur:

"Bakı İstintaq Təcridxanasının özünün Avropa standartlarında "sançast"ı var, Penitensiar xidmətin qeyd olunan xəstəxanası onun yanında çox geri qalır. Buna görə də, ehtimalən G. Əhmədovanı həmin tibbi hissəyə köçürüblər ".

Məlumatı sabah dəqiqləşdirməyə çalışacağıq. Onu da yada salaq ki, ölkə portallarından biri Gülər Əhmədovanın "dələduzluq" maddəsi ilə ittiham olunan bir qadınla eyni kameraya salınması barədə xəbər yayıb.