Gürcüstan prezidenti Georgi Marqvelaşvili Barjominin Daba kəndində meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edib. Gürcüstan prezidenti Georgi Marqvelaşvili Barjominin Daba kəndində meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edib.

Gürcüstan prezidenti Azərbaycana təşəkkür etdi

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Barjominin Daba kəndində meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edib.

Trend xəbər verir ki, dövlət başçısı bu gün keçirdiyi mətbuat konfransında bütün yanğınsöndürənlərə, xilasedicilərə yanğınla mübarizədə göstərdikləri qəhrəmanlıqlara görə təşəkkür edib. Prezident alovun yaşayış məntəqələrinə təhlükə törətmədiyini deyib.

Gürcüstanda meşə yanğınları avqustun 20-dən davam edir. Külək yanğının tam söndürülməsini çətinləşdirib. Yanğınla bağlı xüsusi qərargah yaradılıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyi əraziyə helikopter göndərib.

AzNews.az