Fransanın nüfuzlu RDL 68 103.5 FM radiosunun efirində Azərbaycana həsr olunmuş veriliş yayımlanıb. Fransanın nüfuzlu RDL 68 103.5 FM radiosunun efirində Azərbaycana həsr olunmuş veriliş yayımlanıb.

Fransanın nüfuzlu radiosunda Azərbaycanın tolerantlıq mühitindən bəhs edilib

Fransanın nüfuzlu RDL 68 103.5 FM radiosunun efirində Azərbaycana həsr olunmuş veriliş yayımlanıb.

AzNews.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, verilişin qonağı fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon olub.

O, çıxışında Azərbaycanın uğurlu inkişaf yolundan, nümunəvi tolerantlıq mühitindən bəhs edib. Sovetlər birliyinin dağılmasından sonra Azərbaycanın əldə etdiyi müstəqillik tarixindən, sürətli inkişaf yolundan danışan Jerard Kardon Azərbaycana səfəri zamanı onun keçmiş və müasirliyin harmoniyasından ibarət olan ölkə olduğuna şahidlik etdiyini vurğulayıb. Ölkədəki mövcud olan multikultural və tolerant mühitə diqqət çəkən yazıçı Azərbaycanın 96 faiz əhalisinin müsəlman olmasına baxmayaraq, dünyəvi dövlət olduğunu, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinə qarşı ideal münasibətin mövcudluğunu xüsusi vurğulayıb.

Dini və milli azlıqlara qarşı tolerant və səmimi münasibətin göstərilməsi ilə əlaqədar müddəaların Konstitusiyamızda da əks olunduğunu diqqətə çatdırıb. Verilişdə, eyni zamanda Azərbaycanın zəngin mədəni irsindən, incəsənət nümunələrindən söhbət açılıb, eləcə də Azərbaycan muğamı səsləndirilib. Digər müsəlman, xüsusilə Yaxın Şərq ölkələri ilə müqayisədə Azərbaycanda yüksək səviyyədə dinc birgəyaşayış və sülh şəraitinin mövcudluğundan danışılıb, həmçinin Azərbaycandakı gözəl memarlıq abidələri haqqında da söhbət açılıb.