19:37
(077) 610-22-33

“Azərbaycanlılar əsl dostlarımız olduqlarını göstərdilər” - Gürcüstan Prezidenti

  • >
2 374 23 Avqust 2017 13:54 | Siyasət

"Azərbaycanlılar, türkiyəlilər, belaruslar əsl dostlarımız olduqlarını göstərdilər."

"Report" xəbər verir ki, bunu bu gün Borjomi qoruğunda yanğının söndürülməsi üzrə qərargaha gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

Onun sözlərinə görə, yanğının tam söndürülməsinə qoruqda bir neçə yanğın ocağının yaranması çətinlik yaradır.
Azərbaycan da daxil olmaqla, xarici ölkələrdən yardım haqqında danışan G.Marqvelaşvili belə anlarda bir-birinə dəstək verməyin vacib olduğunu bildirib: "Müraciətimizə bu cür mehribanlıqla cavab verən və yardım edən bütün dostlara "çox sağ olun" deyirəm."

Gürcüstanın dövlət başçısı hazırda yanğının lokallaşdırıldığın, amma onun tam söndürülməsi üçün hələ zamana ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Daba kəndi yaxınlığında yerləşən meşədə yanğın avqustun 20-də baş verib. Yanğınsöndürənlər hələ də yanğını söndürməyə çalışırlar. Vəziyyəti dağlıq relyef, külək və quru hava mürəkkəbləşdirir. Yanğının söndürülməsində təqribən 400 yanğınsöndürən-xilasedici, 100 meşəbəyi, eləcə də Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi tapşırıqlar departamentinin 500 əməkdaşı, Gürcüstan və Azərbaycan aviasiyası iştirak edir.

AzNews.az

Bağla X