Vəzifəli şəxslər müntəzəm olaraq yerli vətəndaşlarla görüşlər keçirəcək Vəzifəli şəxslər müntəzəm olaraq yerli vətəndaşlarla görüşlər keçirəcək

Əli Həsənovdan maraqlı açıqlamalar-VİDEO

Vəzifəli şəxslər müntəzəm olaraq yerli vətəndaşlarla görüşlər keçirəcək


"Prezident Administrasiyası vətəndaşlarla təmasları artıracaq. Rayonların icra strukturlarında Bakıdan, mərkəzi hakimiyyətdən gedən vəzifəli şəxslər müntəzəm olaraq yerli vətəndaşlarla görüşlər keçirəcək, onları dinləyəcək, məsləhətləşəcək".

Bu sözləri Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov İctimai Televiziyada efirə gedən "Aktual" proqramında söyləyib. O deyib ki, vətəndaşların fərdi problemləri ilə yanaşı, ölkənin qarşısında duran ictimailəşmiş problem və vəzifələrlə bağlı da bir sıra qurumlarla görüşlər, məsləhətləşmələr planlaşdırılıb. O, ölkədə fəaliyyət göstərən KİV rəhbərləri ilə, siyasi partiyalarla da ayrı-ayrılıqda görüş keçirməyi planlaşdırdığını açıqlayıb.
Şöbə müdiri onu da bildirib ki, bu görüşlər növbə ilə may ayına qədər həyata keçiriləcək. Əli Həsənov müsahibəsində ölkə prezidentinin 12 fevral tarixli məlum tənqidi çıxışına dair suallara da cavab verib. Deyib ki, prezidentin tənqidi bir siqnaldır, hər kəs özünü düzəltməlidir: "Bugünkü komanda ilə prezident yüksək nəticələr qazanıb, böyük işlər görüb. Amma cənab prezident hesab edirsə ki, məmurlar bundan daha yaxşı işləyə bilər, deməli bu, belədir".

Prezidentin çıxışını 4 istiqamət üzrə təhlil edən Ə. Həsənov daha sonra yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı barədə danışıb və bu məsələdə ölkə müxalifətini də kəskin tənqid edib. Belə ki, verilişin aparıcısı tanınmış telejurnalıst Anar Yusifoğlunun "Son dəyişikliklər müxalif siyasi düşərgədə birmənalı qarşılanmayıb.
O düşərgəni təmsil edən İsa Qəmbər, Eldar Namazov və digərlərinin Azərbaycan xalqına qarşı ola "Daş Yuxular" romanına münasibətini necə dəyərləndirirsiniz? Reaksiyalar sizi qane etdimi" suallarını cavablandırarkən deyib: "Ziyalılar Forumu və İctimai Palata bunu qəsdən edir. Bununla da müxalifət bir sıra ermənpərəst dairələrə mesaj verir ki, onlar da bu cür düşünürlər və indiki müxalifətə hakimiyyətə gəlməyə dəstək verilsə, Dağlıq Qarabağ məsələsində güzəştə gediləcək".



AzNews.az