Eks-prezidentin qardaşı oğlu yeni təşkilatı bu gün elan edəcək Eks-prezidentin qardaşı oğlu yeni təşkilatı bu gün elan edəcək

Elçibəyin ailəsi etiraz edir - QALMAQAL

Eks-prezidentin qardaşı oğlu yeni təşkilatı bu gün elan edəcək




Azərbaycanın keçmiş prezidenti, mərhum Əbülfəz Elçibəylə bağlı qeyri-hökumət təşkilatı yaradılır. Bu barədə eks-prezidentin qayını Mirmövsüm Mahmudov Modern.az saytına məlumat verib. Onun sözlərinə görə, təşkilat Elçibəyin qardaşı oğlu Hürrü Əliyev tərəfindən elan ediləcək. M.Mahmudovun sözlərinə görə, Elçibəyin ailəsi belə bir təşkilatın yaradılmasına razı deyil.

"Mərhum Əbülfəz Elçibəylə bağlı yeni təşkilat yaradılır. Yeni qurum Almurad Əliyevin oğlu Hürrü Əliyev tərəfindən formalaşdırılıb. Bu gün yeni təşkilatın ilk iclası keçiriləcək. Məni də dəvət ediblər. İndiki vəziyyətdə mən şəxsən belə bir təşkilatın yaradılmasına qarşıyam. Buna heç bir ehtiyac yox idi. Elçibəyin ailəsi, yaxınları da hər hansı təşkilatın, fondun yaradılmasını istəmir. Məni bu gün üçün çağırdılar, amma getməyəcəm",-deyə M.Mahmudov qeyd edib.

AzNews.az