20:42
(077) 610-22-33

Fraksiya Mirəlioğlunu dəstəkləyəcək

  • >
247 18 Fevral 2013 12:04 | Siyasət

“Fraksiya Mirmahmud bəyin mövqeyini normal dəyərləndirir”


"Fraksiyada partiya üzvləri ilə yanaşı partiyaya üzv olmayanlar da təmsil olunurlar. Partiyanın qəbul etdiyi qərarlar fraksiya üzvləri üçün də məqbul hesab edilir. Bu, partiya mənsubiyyəti baxımından normal haldır".

Bunu AzNews.az-a KXCP-nin daxilində yaranmış "Demokratik Birlik" fraksiyasının həmtəsisçilərindən olan Ədalət Yusubov deyib. Ə.Yusubov bildirib ki, prezident seçkiləri ilə bağlı fraksiya daxilində fərqli mövqelər var:

"Biz seçki öncəsi seçkiyə fraksiyanın münasibətini açıqlayacağıq. Hələlik seçkilərlə bağlı fraksiya səviyyəsində qərar yoxdur. Fraksiya olaraq müxalifətin konsolidasiya olduğu yerdə qərarlaşacağıq".

Fraksiyaçı KXCP sədrinin namizədliyini irəli sürməsini normal hal kimi qiymətləndirib:

"Prezidentliyə namizədliklərini irəli sürmüş şəxslər namizədliyə namizəddirlər. İstər əsas, istərsə də vahid namizəd bu namizədlər arasından müəyyənləşəcək. Bu baxımdan fraksiya Mirmahmud Mirəlioğlunun mövqeyini normal dəyərləndirir. Azərbaycan hakimiyyətinə qarşı ciddi, ardıcıl mübarizənin təşkil olunmasında pay sahibi olan tərəflərdən biri də Mirmahmud bəy olacaq".

İlkin
AzNews.az
Bağla X