02:17
(077) 610-22-33

“İsa Qəmbərin addımları AXCP-ni qıcıqlandırmamalıdır”

  • >
299 18 Fevral 2013 17:16 | Siyasət

“Kiminsə namizədliyinin irəli sürülməsi digərinin hüquqlarını pozmur”



"Seçkiyə hazırlıq 2003-cü ildə mayda başlamışdı. Builki seçkilərdə isə ilin ilk ayından start götürdü. Təbii ki, bu, insanların, partiyaların Müsavata verdiyi dəstəyi artıracaq. Seçki ilində kimsə deyə bilməz ki, bizi dəstəkləyənlərin sayı qaneedicidir. Nə qədər çox olarsa, o qədər yaxşı olar".

Bunu AzNews.az-a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. Başqan müavini bildirib ki, başlanğıc olaraq İsa Qəmbərə verilən dəstək partiyanı qane edir:

"Bu seçki təbliğatı dövrü deyil. Rəsmi şəkildə seçki kampaniyasının başlanma tarixi var.
Bu, seçkiyə hazırlıq mərhələsidir. Seçkiyə hazırlıq mərhələsi, adətən, seçkiyə 1 il qalmış başlayır. Bu baxımdan biz hələ gec başlamışıq. Amma bu başlanğıc üçün əldə edilən nəticə bizi qane edir".


G.Aslanlı qeyd edib ki, İsa Qəmbərin addımları AXCP-də qıcıq yaratmamalıdır:

"İsa bəyin namizədliyinin irəli sürülməsi İctimai Palatanın çərçivəsindən kənara çıxmır. Bununla bağlı İctimai Palatada ötən ilin sentyabrında imzalanan memorandum, həmçinin dekabrda əldə edilən razılaşma var. Kiminsə namizədliyinin irəli sürülməsi digərinin hüquqlarını pozmur. Bu baxımdan hər kəs öz namizədliyini irəli sürüb, ətrafında komanda formalaşdıra bilər. İsa Qəmbər də özü çıxışlarında deyib ki, bu məsələ zaman-zaman partiya liderləri arasında müzakirə mövzusu olacaq".

İlkin
AzNews.az

Bağla X