50 azərbaycanlı avtoritet həbs olundu 50 azərbaycanlı avtoritet həbs olundu

Moskvada azərbaycanlı avtoritetlərin “sxodka”sına basqın

50 azərbaycanlı avtoritet həbs olundu




Dünən gecə saatlarında Rusiya paytaxtında keçirilən əməliyyatda 100-ə yaxın şəxs saxlanılıb

Saxlanılan şəxslərin böyük əksəriyyətinin Azərbaycandan olduğu və kriminal aləmlə bağlılığı vurğulanır. Bu barədə məlumatı "Ridus" Rusiya DİN-nə istinadən yayıb.

Məlumata görə, xüsusi xidmət əməkdaşları gecə saatlarında kafelərdən birində keçirlən "sxodka"ya basqın ediblər. "Sxodka"nın bir nəfərin taclandırılması məqsədilə təşkil olunduğu xəbər verilir. Polisin kafedən bir neçə silah tapdığı və 50 azərbaycanlı avtoriteti həbs etdiyi də yayılan məlumatlar arasındadır.
Saxlanılan şəxslər polis idarəsinə aparılıb və hazırda onlarla bağlı araşdırmalar davam edir.
Eyni gündə Moskvada daha bir "sxodka"ya basqın düzənlənib. Bu zaman isə Rusiyanın ayrı-ayrı bölgələrindən və Zaqafqaziya respublikalarından olan avtoritetlər saxlanılıb. 40-a yaxın şəxsin saxlanıldığı əməliyyatda iki silah da ələ keçirlib.

Elnarə Əlosmanqızı
AzNews.az