“Əli Kərimlini ittiham etməklə hakimiyyətə yarınır” “Əli Kərimlini ittiham etməklə hakimiyyətə yarınır”

AXCP Elçibəyin qardaşı oğluna cavab verdi

“Əli Kərimlini ittiham etməklə hakimiyyətə yarınır”




"İnsanda heç olmazsa, utanan sifət olar. Əbülfəz Elçibəy bunun əmisi deyil, Azərbaycanın milli azadlıq hərəkatının lideri və ölkənin ilk demokratik yolla seçilən prezidentidir".

Bunu AzNews.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı Əbülfəz Elçibəyin qardaşı oğlu Hürri Əliyevin Əli Kərimli haqqında ittihamlarına cavab verərkən deyib. Sədr müavini bildirib ki, Hürri Əliyev Əbülfəz Elçibəyə şəxsiyyətinə hörmət etməlidir: "İnsan gündəmdə qalmaq üçün kiməsə şər - böhtan atmamalıdır. Bu, hakimiyyətin oyunudur. Həmçinin, burada kiminsə pul qazanmaq maraqları var".

Partiya funksioneri zəhərlənmə məsələsi ortaya atılandan sonra Əli Kərimlinin Elçibəyin qardaşıgilə getməsinə də aydınlıq gətirib: "Belə bir hal olmaylıb. Almurad Əliyev istintaqın işini dayandırmaq səlahiyyətinə malikdir? Çox absurd fikirdir. Ümumiyyətlə, biz Hürri Əliyev kimi adamlara əhəmiyyət vermirik. O, Əli Kərimlini ittiham etməklə hakimiyyətə yarınır. Elçibəyin adından istifadə etməsin, pulunu başqa yolla qazansın".

Qeyd edək ki, Elçibəyin qardaşıoğlu Hürri Əliyev əmisini Əli Kərimli tərəfindən zəhərləndiyini iddia edib. H.Əliyev qeyd edib ki, Əli Kərimli Almurad Əliyevdən istintaqın dayandırılmasını xahiş edib: "Əmimin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi dövrdə, yəni, təxminən 2012-ci ilin oktyabrın əvvələrində Əli Kərimli atamın yaşadığı evə gələrək, böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etdi. Bu, məndə ona olan şübhələri artırdı. Mən bunları istintaqa verdiyim ifadəmdə də göstərmişəm".

İlkin
AzNews.az