04:45
(077) 610-22-33

İkinci ərinin soyadından imtina edən Anqela Merkel

  • >
299 19 Fevral 2013 15:15 | Siyasət

Söhbət Almaniyanın kansleri Anqela Merkeldən gedir



Anqela Merkel - hamı onu şərqi almaniyalı bir xanım kimi yadında saxlayıb. Məsələ burasındadır ki, vaxtilə müharibə dövründə hər kəs, qərbə doğru meyl etsə də, hazırkı baş nazirin ailəsi əksinə, şərqə meyl etmiş və orada yaşamışlar.

Tərcümeyi halı

Almaniyanın baş naziri Anqela Merkel 1954-cü ildə Hamburqda kahin və müəllim ailəsində anadan olub. Hələ kiçik yaşında ailəsi Kvitsov şəhərinə köçür və Anqelanın bütün uşaqlığı məhz bu şəhərdə keçir. 1978-ci ildə Leypsik Universitetinin fizika fakultəsini bitirən Merkel, bir müddət həmin universitetdə müəllimə kimi çalışıb. Rus dilində mükəmməl bilir. Belə ki, Anqela hələ məktəbdə oxuyarkən 1968-cı ildə rus dili olimpiadasıda birinci yerə çıxaraq, SSRİ-yə getmək imkanı qazanmışdı.

Siyasətə gəlişi

Anqela Merkel siaysətə Berlin divarlarının sökülməsindən sonra gəlib. 1980-ci illərin sonu, 1990-cı ilin əvvəllərində Almaniyada baş qaldıran siyasi oyunlar Merkeli siyasətə gətirir və o "Demokratik oyanış" partiyasının üzvləri ilə aktiv əlaqələr qurur. Bir müddət sonra, partiyanın aktiv üzvü, daha sonra mətbuat katibi , sonda isə rəhbəri olur.
Berlin divarlanının dağılmasındna sonra Bundestaqın deputatı seçilən Anqela Merkel, daha sonra həmin dövrdə Almaniyanın lideri Helmut Kolun yaxın köməkçisinə çevrilir. "Sən bütün qadınları öz arxanca aparacaqsan",-deyən Helmut Kol həmişə Anqelanı yüksək qiymətləndirib və əksər işlərində onun köməyinə arxalanıb. O dövrdə xalq Anqelanı "Kolun qızı" adı ilə çağırırdı.
2002-ci ildə Almaniya Federativ Respublikasında kansler vəzifəsinə öz namizədliyini irəli sürsə də, sonda namizədliyini geri götürməklə kifayətlənir və həmin ildə yenidən Bundestaqın deputatı seçilir.
2005-ci ildə federal kansler seçilməklə Almaniya tarixində ən gənc kansler imzasının sahibi olmuş olur.

Tutduğu mövqe

"İnsanlıq, ədalət, ölkənin bütün vətəndaşlarına eyni diqqət və qayğının göstərilməsi" proqramını işə saldığı gündən ona əməl edən siyasətçilər arasındadır. Kənardan baxanda amerikapərəst təsurat yaradır. Birləşmiş Ştatlar kursu ilə hərəkət edən Merkel, həm də Fransa rəsmiləri ilə xüsusi münasibət olan siyasətçidir.

Şəxsi həyatı

Anqela Merkel ailəlidir. Hazırkı həyat yoldaşı İoxim Zaur kimyaçıdır. Zaur onun ikinci həyat yoldaşıdır, lakin buna baxmayaraq Anqela birinci həyat yoldaşının soyadını daşıyır. Övladı yoxdur. "Mən heç vaxt özümə övladla bağlı qadağa qoymamışam. Mənə lazım olanda olmadı, siyasətlə məşğul olmağa başlayanda isə 35 yaşım var idi və övlad haqqında düşünməyə vaxtım yox idi",-deyə Anqela Merkel müsahibələrinin birində qeyd edib.

Aynur Hüseynova
AzNews.az
Bağla X