Müsavat Partiyası başqan İsa Qəmbərin oğlu Turqut Qəmbərin məhkəmə cəriməsini ödəmədiyinə görə yaşadığı mənzildə aparılan araşdırma ilə bağlı bəyanat yayıb Müsavat Partiyası başqan İsa Qəmbərin oğlu Turqut Qəmbərin məhkəmə cəriməsini ödəmədiyinə görə yaşadığı mənzildə aparılan araşdırma ilə bağlı bəyanat yayıb

İsa Qəmbərin evinə müdaxilə ilə bağlı- Bəyanat

Müsavat Partiyası başqan İsa Qəmbərin oğlu Turqut Qəmbərin məhkəmə cəriməsini ödəmədiyinə görə yaşadığı mənzildə aparılan araşdırma ilə bağlı bəyanat yayıb


Partiyanın mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, bu gün bir qrup məhkəmə icraçısı Müsavat Partiyası başqanının mənzilinə gələrək 12 yanvar aksiyasında 500 manat, 26 yanvar mitinqində 2500 manat məbləğində cərimə olunmuş N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, Müsavat başqanının oğlu Turqut Qəmbərin məhkəmə cəriməsini ödəmədiyinə görə onun yaşadığı mənzildəki əmlakı qeydə alıblar.
Bildirilib ki, evin və evdəki əmlakın Turqut Qəmbərə deyil, İsa Qəmbərə aid olduğu aydın şəkildə izah edilməsinə baxmayaraq, məhkəmə icraçıları qanuna zidd əməllərini dayandırmayıblar.
Qeyd edilib ki, ümumiyyətlə, son günlər Bakı şəhərində, eləcə də ayrı-ayrı rayonlarda məhkəmə icraçıları analoji tələblərlə həmin mitinqdə cərimə olunan fəalların mənzillərinə soxulur, həmin evlərdəki əmlakı qeydə alır və bu zaman həmin əmlakın cərimə olunan şəxsə aid olub-olmadığı belə müəyyənləşdirilmir.
Artıq Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, Müsavat Gənclər Təşkilatının fəalı Elçin Cərullazadə, Azad Gənclik Təşkilatının sədri Ülvü Həsənli, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bu təzyiqlərlə üzləşiblər.

AzNews.az