Tədbirdə dövlət rəsmiləri də iştirak edib. Tədbirdə dövlət rəsmiləri də iştirak edib.

Bakıda Əfqanıstanın müstəqillik günü qeyd edilib Foto

Tədbirdə dövlət rəsmiləri də iştirak edib.

"Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına sadiqdir və ölkəmizin sadiq tərəfdaşıdır. Əsl dost kimi imkanı olan bütün resurslarını bizə təqdim edib: təhlükəsizlik və hərbi yardım, təlim və maliyyə dəstəyi, ordumuzun inkişafı naminə Əfqanıstan Milli Ordusunun yardım Fonduna ianələri, ölkəmin istər regional istərsə də qlobal iqtisadiyyata inteqrasiyasına kömək olmaq məqsədilə siyasi islahatların aparılmasına məsləhətləri bu qəbildəndir".

Aznews.az xəbər verir ki, bunu Əfqanıstan İslam Respublikasının müstəqiliyinin 98-ci ildönümünə münasibətilə keçirilən rəsmi qəbulda bu ölkənin Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili deyib. Səfir bildirib ki, günbəgün Əfqanıstan-Azərbaycan münasibətləri inkişaf edir və ilbəil daha böyük məsafə qət edilir. "

"Şübhəsiz, ölkələrimiz bu əməkdaşlıq illərində daha da möhkəmlənmiş, böyük xalqlarımız arasında qardaşlıq güclənmişdir. Dostluğumuz qarşılıqlı hörmətə və anlayışa söykənir. "

Diplomat deyib ki, ölkələrimiz bu əməkdaşlıq illərində daha da möhkəmlənmiş, böyük xalqlarımız arasında qardaşlıq güclənmişdir. Dostluğumuz qarşılıqlı hörmətə və anlayışa söykənir. Azərbaycanın “Asiyanın Ürəyi-İstanbul Prosesi”ində oynadığı vacib rol, xüsusilə bu ilin dekabrında keçiriləcək Nazirlər Şurasının iclasına ev sahibliyi edəcəyi bir daha Azərbaycanın Əfqanıstana olan davamlı öhdəliyinin təzahürüdür. Səfir Məhəmməd Tağı Xəlili ölkəsinin Ermənistanın işğalını qətiyyətlə pislədiyini deyib və bu məsələdə Azərbaycanın yanında olmağın qürurverici olduğunu qeyd edib.

" Əlaqələrimizdəki dostluq ruhuna görə mənim vətənim və mən minnətdar olmaya bilmərəm. İllər boyu bütün vasitələrlə, Əfqan xalqının güclü, daha yaxşı gələcək naminə çıxdığı səfərində Azərbaycan xalqı bizə kömək olub və bu dəstək davam edir"- deyə səfir çıxışında qeyd edib.

Mərasimdə Azərbaycan hökuməti adamdan çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkələrimiz arasında əlaqələr qədim köklərə malikdir və Əfqanıstanda Azərbaycanın köməyini unutmadıqlarını eşitmək çox xoşdur. Rəsmi Bakı, Əfqanıstanın hər məsələdə Azərbaycanın yanında olduğunu bilir və bunu yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycanda Əfqanıstanla ikitərəfli ticarət əlaqələrinin inkişafına da böyük önəm verirlər.