Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakıya gələcək. Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakıya gələcək.

Erməni deputatlar Bakıya gəlir - “Bu Azərbaycanın xeyrinədir”

Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakıya gələcək.

AzNews.az xəbər verir ki, onlar Azərbaycana sabah Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak üçün gəlirlər. Erməni mətbuatının yazdığına görə, Armen Aşotyan və Mane Tandilyan Bakıya Gürcüstanın paytaxtı Tiflisdən gələcək və nümayəndə heyətinin təhlükəsizliyinə rəsmi Bakı zəmanət verib.

Millət vəkili Zahid Oruc Aznews.az-a xəbəri təsdiqləyib və bildirib ki,onların səfəri sentyabrın 23-də başa çatacaq. "Bu bizim beynəlxalq öhdəliyimizdir və erməni deputatların Bakıya gəlişi Azərbaycanın xeyrinədir.Onlar ölkəmizin inkişafını öz gözləri ilə görəcək və Qarabağ problemində Azərbaycanın sərt mövqeyinin şahidi olacaqlar"-deyə millət vəkili bildirib.

Lalə Nurəddinqızı

Aznews.az