“İlham Əliyev BMT tribunasından Ermənistan prezidenti Serj Sarkisyanı birmənalı şəkildə hərbi cani kimi bütün dünyaya tədqim etdi”. “İlham Əliyev BMT tribunasından Ermənistan prezidenti Serj Sarkisyanı birmənalı şəkildə hərbi cani kimi bütün dünyaya tədqim etdi”.

"Prezident İlham Əliyev dünya güclərinə mühüm mesajlar verdi" - Millət vəkili Elman Nəsirli

“İlham Əliyev BMT tribunasından Ermənistan prezidenti Serj Sarkisyanı birmənalı şəkildə hərbi cani kimi bütün dünyaya tədqim etdi”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli Prezident Ilham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışını şərh edərkən deyib. O, bildirib ki, İlham Əliyev bu çıxışı ilə dünya güclərinə mühüm mesajlar verdi. Millət vəkili ölkə başçısının bu çıxışını mahiyyət və məzmununa görə 3 yerə bölüb:

“Birinci yerdə həmişəki kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti və onun ağır nəticələri ilə bağlı məsələlər əksini tapdı. Prezident həmin tədbirdə çıxış edən Ermənistan prezidentini birmənalı şəkildə hərbi cani kimi bütün dünyaya tədqim etdi. Qeyd etdi ki, bu günkü Ermənistan rəhbərliyi bəşəriyyətə qarşı hərbi cinayət törədib. Xüsusi ilə də Xocalı soyqırımını həyata keçirib. Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan çox qaçqınımız var və bu gün də ərazimizin 20%-i işğal altındadır. Prezident qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi var. Həmin qətnamələrdə işğalçı qüvvələrin tamamiylə qeyri-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması, sərhədlərin pozulması öz əksini tapıb. Amma bunların heç biri yerinə yetirilmir. Ermənistan bütün bunlara məhəl qoymur. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar da münaqişə ilə bağlı analoji sənədlər qəbul edib. Lakin onların da heç biri icra olunmur. Prezident bu yerdə qeyd etdi ki, buna səbəb nədir? Nədən onlara Ermənistan məhəl qoymur. Və cavabını da verərək əsaslandırdı ki, bu ikilistandartlarla bağlıdır. Bir halda BMT-nin Təhlükəsizlik Şurasının qərarları iki gün keçməmiş icra olunur, amma bizim münaqişənin üstündən 25 il keçsə də heç bir iş icra mexanizmi yoxdur. İkincisi, prezident bunu ədalətsizlik hesab etdi. Üçüncüsü, belə bir illuziya yaranır ki, Ermənistan cinayət edə bilər, amma cəzasız qalacaq”.

Elman Nəsirli qeyd etdi ki, Prezident haqlı olaraq bunu ən böyük fəsadlardan biri hesab etdiyini vurğulayıb: “Prezident vurğuladı ki, BMT-nin qəbul etdiyi sənədlərin icra mexanizmi formalaşsın. Bu mexanizm olmadan BMT-nin sənədləri bir çox hallarda havadan asılı vəziyyətdə qalacaq. Prezident çıxışında aprel döyüşləri ilə bağlı məsələlərə də toxundu. Bildirdi ki, aprel ayında Ermənistan Silahlı Qüvvələri ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycanın mülki əhalisini və obyektləri hədəfə alıb. Belə vəziyyətdə Azərbaycan ordusu öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə əks hücuma keçərək düşmənə layiqli cavab verdi. Prezident vurğuladı ki, əgər bunlar belə təxribatlara bir də əl atsalar daha ağır cəzalanacaq. Prezident döyüş meydanında Ermənistanın heç bir uğura imza ata bilmədiyini də vurğuladı. İyun ayının 4-də Füzuli rayonunda Alxanlı kəndində Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirilməsi, avqust ayının 7-də Tovuz rayonunda 13 yaşlı uşağın yaralanması kimi faktarı tədbirdə dünya liderlərinə çatdırdı”.

Elman Nəsirli bildirib ki, prezident çıxışında həmçinin ölkəmizdə gedən sosial-iqtisadi inkişafı nəticəsində əldə edilən naliyyətlərdən danışıb: “Prezident dedi ki, əgər Ermənistan Azərbaycanın torpaqlarını işğal etməsəydi, onun ağır nəticələri olmasaydı Azərbaycan daha böyük nailiyyətlər əldə edəcəkdi”.

AzNews.az