Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib.

Prezident Sənaye Parkının açılışında - Fotolar + Yenilənib

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib.

AzNews.az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına Balaxanı Sənaye Parkı barədə məlumat verib.

Dövlət başçısı Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev burada yaradılan sənaye müəssisələri ilə tanış olub.

Sonra xatirə şəkli çəkdirilib.

***

Daha sonra Prezident İlham Əliyev Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olub.

Qeyd edək ki, ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən Balaxanı poliqonu 2009-cu ildə İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin balansına verilib. 120 hektar sahəsi olan poliqonda tullantıların düzgün yerləşdirilməsi nəticəsində ərazidə mütəmadi baş verən yanğınların mənbəyi aşkarlanıb və qısa müddətdə qarşısı alınıb. Poliqonun ərazisində təhlükəsizliyi təmin etmək məqsədilə mühafizə sistemi qurulub, poliqonda torpaqlama, hamarlama işləri aparılıb, ətraf ərazilərdə yaşıllıqlar salınaraq poliqonun görünüşü tamamilə dəyişib. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı ploqonunda tullantıların beynəlxalq standartlara uygun düzgün yerləşdirilməsi və basdırılması təmin edilib. Poliqona gətirilən bərk məişət tullantıları beynəlxalq sanitar normalara uyğun olaraq, xüsusi hücrələrə yerləşdirilir və hücrə dolduqdan sonra tullantıları ətraf mühitdən təcrid etmək məqsədilə tullantılar geomembran və geotekstil qatlarla örtülür, üzərinə vegetativ torpaq səpilərək yaşıllıqlar yaradılır. Tullantılardan ayrılan çirkab sular xüsusi süzgəclər vasitəsilə texniki suya çevrilərək suvarma işləri üçün istifadə edilir. Üzvi tullantıların çürüməsi nəticəsində əmələ gələn bioqazlardan isə xüsusi generator vasitəsilə ildə 2 MVt/saat elektrik enerjisi əldə olunur.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçlığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q-Gallery” İncəsənət qaleriyasının dəstəyi ilə 2012-ci ildən bəri hər il Qala qəsəbəsində “Tullantıdan sənətə” adlı beynəlxalq sərgilər təşkil edilir. Bu günə qədər keçirilən 5 sərgidə 30 ölkədən 100-dən artıq sənətkar işitrak edib.

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna tullantı gətirən nəqliyyat vasitələri tullantıları boşaltdıqdan sonra yuyulur və dezinfeksiya edilir. 4 kabinədən ibarət olan yuma və dezinfeksiya məntəqəsi beynəlxalq standartlara uyğun qurulub və gün ərzində 400-dən çox maşına xidmət göstərmək gücünə malikdir. “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurlu icraya görə Dünya Bankının xüsusi mükafatına layiq görülüb.

image description image description image description image description image description image description