Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalanıb. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalanıb.

Azərbaycan və Qırğızıstan gömrük xidmətləri arasında protokol təsdiq edildi

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalanıb.

AzNews.az “APA”ya isitinadən xəbər verir ki, protokol qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Xarici İşlər Nazirliyinə isə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında protokol 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanıb.

AzNews.az