Bakıda İranın "Müqədəs müdafiə" həftəsi ilə bağlı tədbir keçirilib. Bakıda İranın "Müqədəs müdafiə" həftəsi ilə bağlı tədbir keçirilib.

“Tehran heç vaxt müharibə tərəfdarı olmayıb” - İranın hərbi attaşesi

Bakıda İranın "Müqədəs müdafiə" həftəsi ilə bağlı tədbir keçirilib.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri, müdafiə nazirliyinin bir neçə rəsmi nümmayəndəsi və müxtəlif ölkələrin hərbi attaşeləri iştirak edib.

Mərasimin açılışını edən İranın Azərbaycandakı hərbi attaşesi polkovnik Əli Seyfi bildirib ki, ölkəsi heç vaxt hər hansı ölkə ilə müharibə tərəfdarı olmayıb.

Qeyd edək ki, hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi paradlar keçirilir.

İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatıb və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.

AzNews.az