08:30
(077) 610-22-33

“Nə olsun ki, Turqut İsa Qəmbərin oğludur”

  • >
322 20 Fevral 2013 10:47 | Siyasət

Vəkil İsa Qəmbərin əşyalarının müsadirə edilməsini qanunsuzluq adlandırdı


"Əgər Turqut Qəmbər məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləği ödəməkdən imtina edirsə, onda onun özünə məxsus əmlakı siyahıya alına və üzərinə həbs qoyula bilər. İsa bəyə məxsus əmlakın siyahıya alınması və üzərinə həbs qoyulması isə tamamilə qanunsuz hərəkətdir"

Bu fikirləri AzNews.az-a tanınmış vəkil Osman Kazımov Müsavat Partiyasının başqanı İsa Qəmbərin evindəki əmlakın siyahıya alınması və üzərinə həbs qoyulması prosesinə münasibət bildirərkən deyib. O qeyd edib ki, bu tamamilə qanunsuzdur və məhkəmə icraçıları tərəfindən yol verilmiş qanun pozuntusudur:

"İcra məmurlarının qanunsuz hərəkətlərindən şikayət etmək lazımdır. Əgər məhkəmə qərarı ilə cərimələnmiş şəxs həmin cəriməni ödəmək imkanında deyilsə ona qarşı belə hərəkətlərə də yol verilə bilməz. Nə olsun ki, Turqut Qəmbər İsa Qəmbərin oğludur. Mənim mənzilimdə başqa bir şəxs yaşayırsa və hansısa bir hərəkətə yol veribsə, mənim əmlakımı ciyahıya almalıdırlar? Oğul ataya, ata da oğula cavabdeh deyil, belə qərarlarda. Amma bizdə sahibsiz ölkədir, kim nə istəyir elə də qərar çıxarır".

Gültəkin
AzNews.az


Bağla X