AXCP birinciliyi qoruyur-SORĞU




AzNews.az fevralın 1-dən etibarən hansı partiyanın Gənclər Təşkilatının daha fəal olduğunu müəyyənləşdirmək üçün yeni sorğuya start verib. Fevralın sonuna qədər davam edəcək sorğunun 20 günlük nəticələrinə əsasən 2147 respondent öz rəyini bildirib. Səsvermənin bu müddət ərzindəki sonucları göstərir ki, respondentlər AXCP-nin gənclər təşkilatını daha fəal hesab edirlər - 888 səs. İkinci yeri 399 səslə Müsavat, üçüncü yeri isə 380 səslə YAP tutub. VHP gənclər təşkilatının fəallığını yüksək qiymətləndirənlərin sayı 277 nəfər olub.

Sonrakı yerləri bölüşdürən gənclər təşkilatları daha az səs toplayıb. VİP gənclər təşkilatı 41, ACP 35, AMİP və Ümid Partiyasının gənclər təşkilatları hər biri 30 respondentin müsbət rəyini alıb. KXCP gənclər təşkilatının fəaliyyətindən cəmi 19 nəfər razılığını ifadə edib.

Ədalət Partiyasının gənclər təşkilatı 14, MDP isə 11 səs toplayıb. Sorğunun nəticələrinə görə, ASDP 7, BXCP və ADP hər birinə 6, BQP isə 4 səslə siyahıda sona doğru yerlərini tutublar. Sorğunun 20 günlük nəticələri ADİP-in gənclər təşkilatının fəaliyyətindən heç kəsin razı qalmadığını da ortaya çıxarıb.

Sorğu martın 1-dək davam edəcək.

Elnarə Əlosmanqızı
AzNews.az