17:17
(077) 610-22-33

Arif Hacılı: “Namizədimizi elan etmək üçün qurultay keçirməyə ehtiyac yoxdur”

  • >
351 20 Fevral 2013 13:16 | Siyasət

"Qurultayın keçirilməsində durğunluğun aradan qaldırılması, hökumətə hər hansı formada təsir göstərilməsi, ən əsası bizim haqlı olduğumuzu göstərmək və irəliləyişə nail olmaq üçün beynəlxalq təşkilatlara müraciət edilib".

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A. Hacılı deyib ki, yerin ayrılması məsələsində hökumət tərəfindən bir hərəkətlənmə olmadığı üçün qurultayın keçirilməsi ilə bağlı məsələdə durğunluq yaşanır: "Hökumətin bizə yer ayrılması məqsədilə digər tədbirlərin keçirilməsi üçün müəyyən müzakirələr aparılır. Düşünürəm ki, hökumət dairələri vəziyyətdən nəticə çıxararaq, bizə yer ayırmağa məcbur olacaq".

A. Hacılı hökumətin müvafiq icra strukturlarına təkrar müraciət etməyə lüzum görmədiklərini də deyib: "Müraciətlərimiz qüvvədədir. Ona görə də yenidən müraciət etməyə xüsusi zərurət yoxdur. Bundan başqa, onsuz da qurultayla bağlı məsələ tez-tez xatırladılır. Həm mətbuat, həm də siyasi dairələrdə bu məsələdə yaranan problemə dair yazılar gedir. Düşünürəm ki, hökumət xoş məram göstərib, yer ayırmaq istəsə, xüsusi müraciətə ehtiyac yoxdur".

O, yer verilmədiyi təqdirdə qurultayın təxirə salınıb-salınmaması məsələsinə belə münasibət bildirib: "Faktiki olaraq qurultayın keçirilməsi vaxtından üç il keçib. Bu müddət ərzində isə qurultay keçirilməsi üçün hökumət tərəfindən şərait yaradılmayıb. Bu da qurultayın ləngiməsinə səbəb olub".

A. Hacılı qeyd edib ki, partiyanın prezidentliyə namizədinin irəli sürülməsi üçün qurultayın keçirilməsinə ehtiyac yoxdur. Partiyanın Nizamnaməsinə görə, qurumun Məclisinin də belə bir səlahiyyəti var.

AzNews.az
Bağla X