Türkiyə Təhsil Nazirliyinin bəzi səlahiyyətlərinin alınaraq yeni yaradılan quruma verilməsi azərbaycanlı tələbələrin Türkiyədə təhsili ilə bağlı müəyyən problemlər yaradıb. Türkiyə Təhsil Nazirliyinin bəzi səlahiyyətlərinin alınaraq yeni yaradılan quruma verilməsi azərbaycanlı tələbələrin Türkiyədə təhsili ilə bağlı müəyyən problemlər yaradıb.

Tələbələrimizin Türkiyədə təhsil almasında problemlər yaranıb

Türkiyə Təhsil Nazirliyinin bəzi səlahiyyətlərinin alınaraq yeni yaradılan quruma verilməsi azərbaycanlı tələbələrin Türkiyədə təhsili ilə bağlı müəyyən problemlər yaradıb.



Bu barədə APA-ya açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov bildirib. Q. Novruzov deyib ki, Türkiyədə Nazirlər Kabineti yanında Xaricdə yaşayan türklər və əqrəba topluluqlar idarəsinin yaranması ilə Təhsil Nazirliyinin bəzi səlahiyyətləri bu quruma verilib: "Bəzi səlahiyyətlər Təhsil Nazirliyindən alınıb. Yeni yaranan qurum isə bizim müqaviləli tərəfdaşımız deyil. Buna görə də, azərbaycanlı tələbələrə təqaüdlərinin necə və hansı ixtisaslar üzrə verilməsi, hansı universitetlərə yerləşdirilməsi, onların seçim prosesinin necə aparılacağı kimi məsələlərlə bağlı bəzi suallara dəqiqlik gətirmək lazımdır. Mövcud problemləri həll etmək üçün yeni yaradılan qurum rəhbərinin mart ayında Azərbaycana səfər etməsi gözlənilir. Səfər zamanı yaranmış bəzi narazılıqlar, meydana çıxan çətinliklər aradan qaldırılacaq".

Q. Novruzov qeyd edib ki, aprel ayında isə Türkiyənin yeni təyin olunan təhsil nazirinin Azərbaycana səfəri gözlənilir.