Azərbaycan Milli Məclisinin sədri ATƏTParlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini saxtakarlıqda ittiham edib. Azərbaycan Milli Məclisinin sədri ATƏTParlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini saxtakarlıqda ittiham edib.

“Bu onun nə qədər saxtakar olduğunu göstərir” - Oqtay Əsədov

Azərbaycan Milli Məclisinin sədri ATƏTParlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini saxtakarlıqda ittiham edib.

APA-nın məlumatına görə, O. Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, belə bir adamın bu vəzifəyə təyin edilməsi düzgün deyil: “O bu yaxınlarda Azərbaycanda səfərdə oldu. Bildirdi ki, regiona səfəri çərçivəsində ancaq parlamentdə və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcək.

Burdan sonra Ermənistana səfər etdi, orada Ermənistan rəhbərliyi ilə və separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirdi.

Bu onun nə qədər saxtakar olduğunu, ikili standartlara xidmət etdiyini göstərir. Belə bir adamın tələsik belə vəzifəyə edilməsinin özü də yanlışdır".

Spiker Azərbaycan prezidentinin BMT tribunasından qərb təşkilatlarının ikili standartlara yol verməsini bəyan etdiyini də xatırladıb.

AzNews.az