00:53
(077) 610-22-33

Ərdoğan Qərbi terrora dəstəkdə ittiham etdi

  • >
1 522 8 Oktyabr 2017 18:19 | Siyasət

“Balkanlar və Qafqaz ürəyimizin bir parçasıdır. Türkiyə dərin qohumluq və dostluq əlaqələrimizin olduğu bu ölkələrdən kənarda düşünülə bilməz”.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bunu bu gün Afyonda partiya fəallarının toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Qərbi İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına dəstək verməkdə günahlandıran Türkiyə prezidenti bildirib ki, Türkiyə qonşuları Suriya və İraqda baş verənlərə də laqeyd yanaşa bilməz: “Türkiyənin sərhədlərində təhlükə, təhdid var. Hələbi Qaziantepdən fərqləndirmək olarmı? Yox. Hələb bombalanarkən oradakı qardaşlarımız hara getdi? İdlibə getdilər. İdlibdə sülhü, atəşkəsi təmin etməliyik”.

Bağla X