02:37
(077) 610-22-33

Zərdüşt Əlizadə SSRİ-nin itmiş sənədindən danışdı

  • >
260 21 Fevral 2013 11:34 | Siyasət

“Bu ölüyə verilmiş sənədin itməsinə bənzəyir”




"Itən SSRİ-nin dağılmasını əks etdirən sənədlərdən biridir. Ola bilsin ki, mühüm sənəddir, amma əsas sənəd deyil. Əsas sənəd hər bir respublikanın öz müstəqilliyini elan etməsi barədəki sənəddir"

Bunu AzNews.az-a siyasi şərhçi Zərdüşt Əlizadə SSRİ-nin süqutunu rəsmiləşdirən, Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair sazişin əslinin Belarus arxivlərindən itməsi barədə suala cavab olaraq deyib. Keçmiş ittifaqa daxil olan 15 respublikanın SSRİ-dən çıxmaqla bağlı öz müstəqilliyini rəsmən elan etdiklərini bildirən Z.Əlizadənin fikrincə, sözügedən sənədin itməsi barədə məsələnin gündəmə gətirilməsi təsadüfi deyil:

"SSRİ-nin dağılması haqqındakı versiyaların əhəmiyyəti əsasən ondan qorxub-çəkinən, nüvə, raket silahı olan böyük dövlətlər, beynəlxalq qurumlar üçündür. Yəni bilinsin ki, bunların hansı biri SSRİ-nin hüquqi varisi olacaq, həmçinin nüvə, raket silahı olanlar necə tərksilah olacaqlar. Bu baxımdan da həmin sənədin əhəmiyyəti var".

"SSRİ-nin dağılmasını rəsmiləşdirən sənədin ortada olmaması ittifaqın hüquqi cəhətdən bərpasına əsas verirmi"-sualına gəldikdə siyasi şərhçi bunu zarafatla deyilmiş fikrə bənzədib: "Bu ona bənzəyir ki, insan ölüb, onu basdırıblar, amma onun ölümü haqqında verilən sənəd itib. Bu o deməkdir ki, insan dirilə bilər? Xeyr, insan ölüb. SSRİ də ölüb, dağılıb gedib".

Gültəkin
AzNews.az


Bağla X