21:32
(077) 610-22-33

Ermənistanın baş naziri Ruhani ilə Qarabağı müzakirə etdi

  • >
1 640 10 Oktyabr 2017 23:40 | Siyasət

Bu gün Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistanın baş naziri Karen Karapetyan arasında görüş olub.

AzNews.az Virtualaz.org -a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər yayıb.

"Ermənistan qonşu İranla isti və dost münasibətlərə böyük əhəmiyyət verir, hansılar ki, ciddi tarixi bünövrəyə malikdir və qarşılıqlı maraqlara əsaslanır", – deyə Ermənistanın baş naziri bildirib.

Öz növbəsində prezident Ruhani erməni qonaqları salamlayıb, belə bir əminliyini ifadə edib ki, K.Karapetyanın indiki səfəri müxtəlif sferalarda xeyirxah erməni-İran münasibətlərini daha da möhkəmləndirəcək. İran prezidenti vurğulayıb ki, iki ölkə hökumətlərinin təşəbbüslərinə, həmçinin birgə dövlət layihələrinin reallaşdırılmasına şəxsən kömək etməyə hazırdır.

Erməni hökumətinin başçısı erməni-İran siyasi dialoqunun yüksək səviyyəsini qeyd edib.

İran prezidenti və Ermənistanın baş naziri həmçinin söhbətdə Qarabağ münaqişəsinin nizama salınması məsələsinə və regional problemlərə toxunublar. K.Karapetyan qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ məsələsində İranın mövqeyini yüksək qiymətləndirir, hansı ki, regional sülhün və təhlükəsizliyin təminatının əhəmiyyətli amilidir.

Bağla X