Fərəc Quliyev: “İran rəsmiləri tərəfindən səsləndirilən fikirlər, verilən bəyanatlar bizim üçün sürpriz deyil” Fərəc Quliyev: “İran rəsmiləri tərəfindən səsləndirilən fikirlər, verilən bəyanatlar bizim üçün sürpriz deyil”

Rəsmi Tehran sülhməramlılardan niyə qorxur?

Fərəc Quliyev: “İran rəsmiləri tərəfindən səsləndirilən fikirlər, verilən bəyanatlar bizim üçün sürpriz deyil”




İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin IRNA-ya müsahibəsində bildirib ki, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi nəinki münaqişənin həlli baxımından effektsiz hərəkətdir, bu həm də regionda yeni təhlükəsizlik problemləri törədəcək. O qeyd edib ki, region dövlətləri münaqişənin həlli üçün daha məntiqi yollar təqdim edə bilərlər. Çünki, regiondan kənarda yerləşən dövlət və qurumlar Dağlıq Qarabağ münaqişəsini həll etməkdə qətiyyətli deyillər.

İranlı səfirin fikirlərini şərh edən Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev AzNews.az-a deyib ki, İranın Dağlıq Qarabağla bağlı ortaya qoyduğu hər hansı mövqe məqsədlidir. Onun sözlərinə görə, İran danışıqların sonu olaraq bölgəyə Amerika, Rusiya, Fransanın yaxud da bir başqasının sülhməramlı qüvvə gətirməsinə qarşı çıxması problemin dondurulmuş şəkildə qalmasına xidmət göstərir: "Eyni zamanda da bu cür yanaşma bölgədə ədalətli status-kvonun bərpasına yönəlik atılan addımlara mane olmaq istəyidir. İran rəsmiləri tərəfindən səsləndirilən fikirlər, verilən bəyanatlar bizim üçün sürpriz deyil. Ona görə ki, İran Ermənistanla Azərbaycan arasında problemin həllində maraqlı deyil".

Millət vəkili onu da əlavə edib ki, haqqında söhbət açılan sülhməramlı qüvvələrin Dağlıq Qarabağda deyil, Azərbaycanla Ermənistan arasında yerləşdirilməsinin tərəfdarıdır: "Hazırda Dağlıq Qarabağın statusu barədə söz-söhbətlər gedir. Əgər birmənalı şəkildə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi Ermənistan tərəfindən qəbul olunarsa və Azərbaycanın Konstitusiyası bütün qüvvəsi ilə orda işləyərsə, onda orda erməni əsilli azərbaycanlıların yaşaması üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutularsa, bu başqa məsələ olar. Həmin qüvvələrin tərkibində Türkiyənin sülhməramlıları mütləq olmalıdır.

Gültəkin
AzNews.az