Sabir Rüstəmxanlı prezidentliyə namizəd olacaq

Bu gün VHP mərkəzi qərargahında Siyasi Şuranın toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az –a daxil olan məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və VHP-nin prezident seçkilərində iştirakı, qurultaya hazırlıq, təşkilati məsələlər müzakirə edilib.

Ümumi müzakirələrdən sonra Siyasi Şura üzvlərinin yekdil razılığı ilə VHP-nin prezident seçkilərində iştirakı barədə qərar qəbul olunub. Seçkilərdə iştirakın forması isə iyun ayına nəzərdə tutulan VHP-nin Ümumrespublika konfransının müzakirəsinə tövsiyyə olunub.

VHP-nin növbəti qurultayına hazırlıq və rayon təşkilatlarının konfransının keçirilməsi məsədilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

VHP sədri Sabir Rüstəmxanlı 21 fevralın Ana Dili günü olduğunu vurğuladı və dövlət dilinin qorunması vacibliyindən və atılan addımlardan danışıb

Sonda partiyaya qəbulla bağlı SŞ-ya edilən 19 müraciətə müsbət cavab verilib.

AzNews.az