“Azərbaycan hökuməti heç bir diaspor qurumuna danışıqlar aparmağa səlahiyyət verməyib” “Azərbaycan hökuməti heç bir diaspor qurumuna danışıqlar aparmağa səlahiyyət verməyib”

Novruz Məmmədovdan diaspora qurumları ilə bağlı açıqlama

“Azərbaycan hökuməti heç bir diaspor qurumuna danışıqlar aparmağa səlahiyyət verməyib”



APA-nın məlumatına görə, Azərbaycan Prezident Administrasiyasının rəhbər müavini Novruz Məmmədov "AzərRos"un sabiq prezidenti Söyün Sadıxovun Moskvada azərbaycanlı və erməni icmalarının nümayəndələrinin görüşünün keçirilməsi təşəbbüsünü jurnalistlərə belə dəyərləndirib.

Novruz Məmmədov bildirib ki, Azərbaycan hökuməti heç bir diaspor qurumuna danışıqlar aparmağa səlahiyyət verməyib: "Düşünürəm ki, onlar müəyyən təsir altında, yaxid da müəyyən cəlbedici, şirnikləndirici proseslər nəticəsində bu əlaqələri qurur və danışıqlar apardığını iddia edir. Lakin belə danışıqların hüquqi, siyasi və digər əsası yoxdur, ola da bilməz".