10:37
(077) 610-22-33

Ərəstun Oruclu: “Ümumiyyətlə başa düşmürəm ki, bu, nədir?”

  • >
213 21 Fevral 2013 16:53 | Siyasət

"AzerRoss"-un sabiq rəhbəri Söyün Sadıqovun Gürcüstanda Borçalı Partiyası yaratmaq istiqamətində fəaliyyətə start verdiyi bildirilir. Verilən məlumatlara görə, artıq yeni partiyanın təşəbbüs qrupu yaradılıb, atributları qəbul edilib.

Nəzərə alsaq ki, indiyə kimi Söyün Sadıqovun Azərbaycana yönəlik fəaliyyəti ciddi müzakirə mövzusu idi, o zaman yeni informasiyanı Rusiyanın Gürcüstan planının tərkib hissəsi hesab etmək və bunu mesaj kimi qəbul etmək olarmı?
AzNews.az-ın bununla bağlı sualını cavablandıran siyasi şərhçi Ərəstun Oruclu hesab edir ki, əgər bu, rəsmi Moskvanın Tiflisə, yaxud da Bakıya mesajıdırsa bunun güclü təsiri olacağını düşünmürəm:

"Tutaq ki, Söyün Sadıqov Rusiyada partiya yaradıb və bu təşkilat da azərbaycanlılardan ibarətdir. Eyni zamanda bu partiyanın üzvləri Rusiya vətəndaşlarıdır. Belə olan halda onların bu ölkələrə hansı təsiri ola bilər? Düşünürəm ki, heç bir təsiri ola bilməz".

Hələ də Rusiyada son aylarda adı hallanan qurumların nə demək olduğunu, mahiyyətində nə dayandığını müəyyənləşdirməkdə çətinlik çəkdiyini deyən Ə.Oruclunun fikrincə, baş verənlər kifayət qədər qəlizdir: "Mən ümumiyyətlə başa düşmürəm ki, bu, nədir? Baş verənlərin mənası nədir? Əgər Putinə dəstək verməkdirsə, Rusiya prezidentinin ona ehtiyacı varmı? Yox, əgər o, Azərbaycana mesaj xarakteri daşıyırsa bunu güclü xəbərdarlıq da saymıram. Ola bilər ki, bütün bunların arxasında başqa məqamlar durur, amma biz hələ onu bilmirik. Amma ən azı bu gün görünən tərəfləri təhlil edəndə siyasi texnologiya baxımdan bunlar zəif gediş kimi görünür".

Gültəkin
AzNews.az


Bağla X