Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.

Türkiyə İraqın şimalına hava məkanını bağlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.

“Report” xəbər verir ki, toplantı 1 saat 40 dəqiqə sürüb.

Toplantıda ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması, İraqın şimalına Türkiyə Hava məkanının bağlanması, İraqın şimal bölgəsi ilə həmsərhəddə yerləşən İbrahim Halil buraxılış məntəqəsinin bağlanması hökumətə tövsiyə edilib.

Toplantıda Fətullahçı Terror Təşkilatı , PKK (onun Suriyadakı qolları “PYD” və “YPG”), İŞİD başda olmaqa bütün terror qruplaşmalarına qarşı mübarizə dəyərələndirilib.

Rəsmi Bağdadın ölkədə konstitusiyanın suverenliyini təmin edilməsi, xüsusi ilə Kərkükdə atdığı addıəmlar dəyərləndirilərək, İraqın ərazi bütövlüyünün dəstəklənməsi bir daha vurğulanıb.

AzNews.az