“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq”. “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq”.

"Sarkisyan danışıqlarda əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır" - Novruz Məmmədov

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünü şərh edərkən deyib. O, qeyd edib ki, Ermənistan prezidenti S.Sarkisyan danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir:

“Təəssüflər olsun ki, S.Sarkisyan yenə öz ampulasındadır. Adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir. Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq”.

Novruz Məmmədov vurğulayıb ki, Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq:

“Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar qoy çalışsın”.

Bahar RÜSTƏMLİ

AzNews.az