Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyin artırılması istiqamətində atılan çox mühüm addımdır. Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyin artırılması istiqamətində atılan çox mühüm addımdır.

“Nazirlər Kabinetində aparılan islahatlar operativliyi artıracaq” - Deputat

Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyin artırılması istiqamətində atılan çox mühüm addımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Nazirlər Kabineti ali icraedici orqandır və bu icraedici orqanda aparılan islahatlar qurumun işinin effektivliyini, operativliyini artıracaq: “Bu isə idarəçiliyə müsbət təsirini göstərəcək”.

Deputat qeyd edib ki, ümumilikdə son dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra sahələrdə idarəçiliyin çevikliyinin və səmərəliliyin artırılmasına xidmət edən islahatlar həyata keçirilib.

A.Hüseynov bildirib ki, yeni şəraitə və çağırışlara uyğun olaraq aparılan struktur islahatları idarəetmə sistemində təkmilləşməyə, operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir.

Onun sözlərinə görə, həyata keçirilən bu mühüm islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri addımlardır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib.

AzNews.az