21:52
(077) 610-22-33

Zəfər Quliyev: “Danışıqlar prosesi çoxdan dayanıb”

  • >
273 22 Fevral 2013 10:29 | Siyasət

Son zamanlar müxtəlif ölkələrin ekspertləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıq doğuran bəyanatlarla çıxış edirlər.Verilən mesajların, səsələndirilən bəyanatların arxasında dayanan məqamlara siyasi ekspert Zəfər Quliyev AzNews.az-a açıqlamasında aydınlıq gətirib.

"Mənə elə gəlir ki, seçki ili olduğuna görə Qarabağ kartından bir çox dairələr istifadə edirlər"-deyən politoloq hesab edir ki, bu, hər şeydən əvvəl problemin həllinin uzanması ilə əlaqəlidir: "Ona görə ki, problemin həllində hansısa gözədəyən dəyişiklik baş vermir. Danışıqlar prosesi də artıq çoxdan dayanıb və ortada nə yeni təkliflər, nə də yeni yanaşmalar var. Hər iki ölkə, həm Ermənistan, həm də Azərbaycan elə bil ki, bu prosesdən beziblər. Yorucu danışıqlar prosesinin özü də son vaxtlar daha çox imitasiya xarakteri daşıyırdı".

Z.Quliyev qeyd edib ki, Qarabağ danışıqlarında əsas fəallıq da Rusiyanın əvvəlki prezidenti Medvedevin dövründə olub: "O zaman üçlük formatında müzakirələr daha intensiv müşahidə olunurdu. Lakin Putin yenidən prezident seçiləndən sonra elə hiss olunur ki, hətta Rusiyanın belə Qarabağ məsəsləsində danışıqlar prosesində marağı tamamilə itdi. Digər həmsədr ölkələr də ciddi təşəbbüs göstərmirlər. Bu mənada elə bir təəssürat yaranır ki, bu problemin həlli öz-özünə buraxılıb və Dağlıq Qarabağ məsələsi ətrafında daha çox politoloqlar, ekspertlər müxtəlif proqnozlar verməklə məşğuldurlar. Ona görə də biz son vaxtlar fərqli proqnozların meydana çıxdığını görürük".

Gültəkin
AzNews.az

Bağla X