Gözəl Bayramlı: “2000 manat ödəmək imkanım yoxdur“

Dünən Nərimanov rayon məhkəməsindən icraçılar mənim yaşadığım mənzilə də gəliblər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib. Gözəl Bayramlı bildirib ki, icraçılar ona aksiyada tətbiq olunan cəriməni ödəməyi üçün bildirişi təqdim ediblər:

"Mən də hüquqi qaydada şikayətimi bildirmişəm. Bilirsiniz ki, mənim Apelyasiya şikayətim təmin olunmayıb. Ali Məhkəmədə işə baxılacaq. Mənim 2000 manat ödəmək imkanım yoxdur. Olsa belə, ödəmək niyyətində deyiləm. Mənim şəxsi əmlakım da yoxdur. Anamın evində yaşayıram. 10 gün müddətində cəriməni ödəməyimi bildirdilər. Amma mən onu ödəməyəcəm".

Gözəl Bayramlı partiya üzvü Kəmalə Bənənyarlının da cəriməni ödəməyəcəyini bildirib. Onu prokurorluğa çağırıblar. Təhdid edirlər ki, aksiyaya bir də çıxmasın. Çıxmasa, cəriməni ödəməyə bilər. Amma Kəmalə xanım da bizlər kimi iradəsindən və mübarizəsindın dönən partiya üzvü deyil".