04:20
(077) 610-22-33

Rus hamamı, erməni tası

  • >
650 22 Fevral 2013 16:00 | Siyasət

Cümşüd Nuriyev

Ermənistanda növbəti dəfə, prezident seçkiləri S.Sarksyanın xeyrinə saxtalaşdırıldı. MSK rəsmi açıqlama veməsə də, artıq ilkin səsvemələrin nəticəsi Sarksyanın "qalib" gəldiyini göstərir.
2008-ci il prezident seçkilərindən sonra demokratiya axtarışı ilə küçələrə çıxan əhali Serjin Qarabağdan gətirdiyi və qan tökməyi özünə peşə bilən terror dəstəsinin üzvləri tərəfindən gülləboran edildi. Ölənlərin və yaralananların olmasına baxmayaraq, dünya ictimaiyyəti buna göz yumdu. Çünki bu xristian dünyasının dini imicinin maraqlarına zidd idi. Halbuki müsəlman dövlətlərində, hətta icazəsiz mitinqin qarşısının alınması belə siyasi qalmaqala səbəb olur.
Ermənistanda keçirilən sonuncu prezident seçkilərinin siyasi texnologiyasının Moskvada hazırlanmasına heç kəsin şübhəsi yoxdur. Rusiya keçmiş sovet respublikalarında keçirilən prezident seçkilərinə həmişə müdaxilə edib. Ukrayna və Gürcüstanda ilkin mərhələdə uduzsa da sonradan siyasi məğlubiyyətin "əvəzini" çıxmağı bacarıb.
Ermənilər son yüzilliklər ərzində Rusiyanın imperiya maraqlarına xidmət edən vasitəyə çevriliblər. Rusiya məhz ermənilərin xəyanətkar xislətindən yararlanaraq Qafqazı işğal edib və bu gündə həmin siyasət davam etdirir. Yaşadığımız fevral ayı təkcə Ermənistanda keçirilən prezident seçkiləri ilə fərqlənmir. Məhz bu ayda 185 il öncə Gülüstan müqaviləsi bağlanmış və ermənilərin türk torpaqlarında Rusiyanın birbaşa yardımı ilə erməni dövlətinin yaradılmasının əsası qoyulmuşdur. 25 il əvvəl Dağlıq Qarabağda erməni separatizmi rusların köməyi ilə hərəkata başlamış və nəticədə onların köməyi ilə Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmişdir. 25 il əvvəl sovet DTK-sının hazırladığı və ermənilərin əli ilə həyata keçirdiyi Sumqayıt hadisələri baş vermişdir. 21 il əvvəl Rusiyanın 366-cı alayının köməyi ilə indi Ermənistana prezident seçilən S.Sarqsyanın və müdafiə naziri Ohanyanın da iştirakı ilə Xocalıda soyqırım həyata keçirmişlər.
Rusiya bu gün də ermənilərin yanındadır və onlara S.Sarqsyan kimi səviyyəsiz biri lazımdır.
Birincisi, S.Sarqsyan siyasi cəhətdən yetkin deyil və ixtisasca santexnikdir. Rusiyanın da Qafqaza yenidən sahiblənməkdən ötəri çirkli işləri gördürmək üçün Serj kimi siyasi "santexnik"ə ehtiyacı vardır. Çünki R.Ovanesyan ABŞ siyasi "hamamının" yetişdirməsidir.
İkincisi, S.Sarqsyan I Qarabağ müharibəsində Xocalı soyqırımının əsas təşkilatçılarındandır və qan tökməyi bacarır. Rusiyada gözəl bilirlər ki, Sarqsyan Rusyaya heç zaman xəyanət etməz. Çünki əks təqdirdə onu rus hamamına salsalar, oradan çıxanda kanalizasiya siçovuluna bənzəyəcək.
Üçüncüsü, Rusiya Gürcüstana və Türkiyəyə qarşı da S.Sarqsyandan rahatlıqla yaralana bilir. Baxmayaraq ki, A.Gül seçkilərin rəsmi nəticələri açıqlanmamış "qohumunu" təbrik etməklə "gül" vurdu. Bu təbrik siyasi cəhətdən "erməni dəyirmanına su tökmək" kimi dəyərləndirilməlidir.
Dördüncüsü, ermənilər Qarabağdan gələn erməniləri "dönmüş erməni" (şartavaz) adlandırır və onların hakimiyyətdən getməsini istəyirlər ki, bu da Rusiyanın maraqlarına uyğun gəlmir. Çünki əslən Ermənistandan olan prezident Dağlıq Qarabağın deyil, Ermənistan Respublikasının dövlət maraqlarını qorumaq istəyəcək ki, bu da Rusiyanın Qafqazı itirməsi demək olardı. Odur ki, biz məcburi qaydada daha 5 il, əli millətimizin qanına batmış S.Sarqsyanla siyasi danışıqlar stoluna oturmaq zorundayıq. Allah bizə bu səbri verməsin. Amin!!!
Bağla X