14:39
(077) 610-22-33

“Hər kəs saqqal saxlamaqda sərbəstdir”- Qüdrət Həsənquliyev

  • >
304 22 Fevral 2013 16:52 | Siyasət

“Dini atributlardan təhsil müəssisələrində, dövlət idarələrində istifadənin əleyhinəyəm”





"Hər kəsin dini seçiminə hörmətlə yanaşıram. Bu fikirdəyəm ki, dini ekstremizm təhlükəlidir. Bunun üçün imkan vermək olmaz ki, dini ədəbiyyatlarla gənclərin beyni tamamilə korlansın".

Bunu AzNews.az-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, dini ekstremistlər dini siyasiləşdirirlər, siyasi hakimiyyət uğrunda mübarizə aparırlar: "Biz isə konstitusiyaya görə dünyəvi dövlətik. Bu baxımdan hər bir dövlətin borcudur ki, konstitusiya ilə müəyyən olunmuş konstitusion siyasi sistemi qoruyub saxlasın".

Q.Həsənquliyev parlamentin bugünki iclasında qısa şalvar geyənləri və saqqal saxlayanları tənqid edən deputat İlham Əliyevin çıxışını birmənalı qarşılamayıb:

"İstəyərdim, onun çıxışı problemlərə yol açmasın. Ola bilsin, emosional vəziyyətdə məsələyə münasibət bildirdi. Hesab edirəm ki, dini ekstremizm başqa, saqqal saxlamaq, çadra geymək başqa şeydir. Dini atributlardan təhsil müəssisələrində, dövlət idarələrində istifadənin əleyhinəyəm. Amma küçədə, evində hər kəs saqqal da saxlaya bilər və bu kimi şeylərdən istifadə də edə bilər. Amma görəndə də ki, bu cəmiyyətdə təhlükəli həddə gəlib çatır, o zaman dövlət müəyyən profilaktik tədbirlər görməlidir".

BAXCP sədri "Milyarderlər İttifaqı"nın üzvü Söyün Sadıqovun partiya yaratmasına da münasibət bildirib: "O təxribatçı bir adamdır, istəyir ki, Gürcüstan ilə Azərbaycanın münasibətlərini korlasın. Vaxtilə də çalışırdı ki, orada separatizmi qızışdırsın, gürcülərlə azərbaycanlıları üz-üzə qoysun. O, Rusiyanın təxribat xarakterli planlarının icrası ilə məşğuldur".

Millət vəkili deyib ki, onun bu addımı iki ölkə arasında münasibətlərə xələl gətirə bilməz: "Məncə, onun təxribatçı olduğunu və Rusiya xüsusi xidmət orqanlarına işlədiyini hər kəs bilir. Buna görə də onun uğur qazanacağını düşünmürəm".

İlkin
AzNews.az
Bağla X