“Hədəfimiz parlament seçkilərində vahid komanda şəklində iştirak etməkdir” “Hədəfimiz parlament seçkilərində vahid komanda şəklində iştirak etməkdir”

AMİP sədri 2015-ci il hədəflərini açıqladı

“Hədəfimiz parlament seçkilərində vahid komanda şəklində iştirak etməkdir”




"Əsas hədəfimiz 2015-ci ildə növbəti parlament seçkilərində vahid komanda şəklində iştirak etməkdir". Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Məşvərət Məclisi gələcəyə hesablanmış təşkilatdır: "Hələ prezident seçkiləri ərəfəsindəyik. Məşvərət Məclisi bugünkü və ya sabahkı günə hesablanmış təşkilat deyil. Birbaşa hədəfimiz 2013-cü il Azərbaycanda keçiriləcək prezident seçkiləri və seçki mühitinin demokratikləşməsi uğrunda mövqeyin yaradılmasıdır. Eyni zamanda 2015-ci ildə növbəti parlament seçkilərində vahid komanda şəklində iştirak etmək niyyətindəyik".

AzNews.az