06:28
(077) 610-22-33

Müsavatdan ReAl-a cavab gəldi

  • >
299 25 Fevral 2013 10:45 | Siyasət

"Bir şeyi nəzərə almaq lazımdır ki, həddindən artıq maksimalist olmaq və bucaqlanması mümkün olmayan bir şeyi bucaqlamaq, əslində uçruma aparır".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov deyib. Y.Sadıqov bildirib ki, Azərbaycan müxalifətində hakimiyyətlə gerçək mübarizə aparan müxalifət qüvvələri Müsavat Partiyasında, AXCP-də, Ziyalılar Forumunda və ReAl Hərəkatında toplanıblar:

"Məncə, birlik formatını bu təşkilatlarla gerçəkləşdirmək lazımdır.. Namizədi bu təşkilatlarla birlikdə müəyyən etmək lazımdır. Həmçinin, İsa bəyin təklif etdiyi şanslı namizədi müəyyən edib, seçkilərdə dəstəkləmək olar. Təbbi ki, digər müxalif qüvvələrlə də əməkdaşlıq etmək olar".

Müsavat funksioneri ReAl Hərəkatı ilə Müsavat Partiyası arasında yaranmış gərginliyə də münasibət bildirib: "İlqar Məmmədov və Natiq Cəfərli Müsavatı lazım olduğundan artıq tənqid edirlər. Şəxsən həmin tənqidləri qeyri-obyektiv hesab edirəm. Amma buna baxmayaraq ReAl-çılarla, xüsusən Natiq Cəfərli, Azər Qasımlı və Erkin Qədirli ilə şəxsi münasibətlərim normal səviyyədədir. Onların səmimi müxalifətçiliyinə şübhə etməmişəm. Bütün bunlar normal haldır".

İlkin
AzNews.az

Bağla X