23:37
(077) 610-22-33

XİN rəsmisi Türk Hava Yollarından imtina etdi

  • >
247 25 Fevral 2013 13:58 | Siyasət

SƏBƏB TƏYYARƏDƏ ERMƏNİ QƏZETİNİN YAYILMASIDIR


XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Türk Hava Yollarına məxsus aviareyslə uçuşdan imtina edib.

Buna səbəb kimi, Türk Hava Yollarına məxsus təyyarələrdə ermənilərin "Aqos" qəzetinin yayımlanması göstərilir. Əldə etdiyimiz məlumata görə, nazirlik rəsmisi Elman Abdullayev əvvəlcə Twiter səhifəsində Türk Hava Yollarına məxsus aviareysdə "Aqos" qəzetinin yayılacağından narahatlığını bildirib.
Sonra isə etiraz əlaməti olaraq bu uçuşdan imtina edib.

AzNews.az olaraq məsələni aydınlaşdırmaq üçün E.Abdullayevlə əlaqə saxladıq. XİN sözçüsü məsələni dolayısı ilə təsdiq etsə də, əlavə şərh verməkdən imtina etdi.

Qeyd edək ki, Türk Hava Yollarına məxsus təyyarələrdə "Aqos" qəzetinin yayımlanması məsələsini bir müddət əvvəl millət vəkilləri - Qüdrət Həsənquliyev və Fərəc Quliyev Milli Məclisin tribunasından gündəmə gətiriblər.


Gültəkin
AzNews.az


Bağla X