Türkiyə mətbuatı qardaş Azərbaycanın dövlət televiziyasında Kipr türklərinin acı taleyini əks etdirən sənədli filmi yüksək qiymətləndirib. Türkiyə mətbuatı qardaş Azərbaycanın dövlət televiziyasında Kipr türklərinin acı taleyini əks etdirən sənədli filmi yüksək qiymətləndirib.

AZTV-də yayımlanmış sənədli film Türkiyə mətbuatında

Türkiyə mətbuatı qardaş Azərbaycanın dövlət televiziyasında Kipr türklərinin acı taleyini əks etdirən sənədli filmi yüksək qiymətləndirib.

Noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) müstəqilliyinin 34-cü ildönümünü qeyd edib. AzNews.az saytının məlumatına görə, Azərbaycanın dövlət televiziyası hesab edilən AZTV bu münasibətlə "Həqiqətlərin tarixi: Yunan zülmü və türk qurbanlar" adlı sənədli film hazırlayıb. Filmdə Kipr türklərinə qarşı törədilmiş soyqırım, yaşadıqları acı tale haqda faktlar nümayiş etdirilib.

Türkiyə mətbuatı qardaş Azərbaycanın dövlət televiziyasında Kipr türklərinin acı taleyini əks etdirən belə bir sənədli filmin yayımlananmasını təqdir edib, bu diqqəti yüksək qiymətləndirib.

“haberler.com”, “hadefhalk.com”, “istanbulhaber.com”, “sondakika.com” və digəronlayn media resurslarında yayımlanmış xəbərlərin ümumi məzmunu təxminən belədir:

“Azərbaycanın Dövlət Televiziyası (AZTV), Kipr türklərinə qarşı törədilən qırğının və edilən zülmün əks olunduğu sənədli film hazırlayıb. Şimali Kipr Türk Respublikasının (KKTC) qurtuluşunun 34-cü ildönümü münasibətilə AZTV tərəfindən ekranlaşdırılan "Həqiqətlərin tarixi: Yunan zülmü və türk qurbanlar" adlı sənədli dünən axşam saatlarında efirdə yayımlandı. İki hissədən ibarət olan, ümumilikdə 99 dəqiqəlik sənədli filmin ilk hissəsində Osmanlı torpaqlarında yunanların türklərə qarşı həyata keçirdiyi qırğınlar faktlarla izah edilib, Osmanlı dövlətini yıxmağa çalışan Qərb ölkələrinin bu niyyətlə yunanlardan alət kimi istifadə etmələri, türklərin öz torpaqlarından qovulmaları və yunanların qətlə yetirdikləri insanların acı talelərindən bəhs edilir. Sənədli filmin ikinci hissəsində isə Kipr türklərinin yaşadığı çətinliklər, Yunanların Enosis planı, EOKA təşkilatının törətdiyi qırğınlar, Muratağa, Sandallar, Atlılar, Daşkənd və digər bölgələrdəki qırğınlar əks olunur. Qırğının şahidləri, Türkiyə və KKTC tarixçilərinin fikirlərinə də yer verilən sənədli filmdə, KKTC prezidenti Mustafa Akıncı, Baş nazir köməkçisi Serdar Denktaş və digər siyasətçilərin də reportajları yer alır”.