Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqin üzrünü qəbul etməyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqin üzrünü qəbul etməyib.

Ərdoğan NATO-nun üzrünü qəbul etmədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqin üzrünü qəbul etməyib.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, Ərdoğan Yens Stoltenberqin Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsinə görə üzrünü qəbul etməyib. O, bildirib ki, belə hörmətsiz davranış asanlıqla bağışlana bilməz:

"NATO təlimlərində hörmətsiz davranışı gördünüz. Sadə bir üzrlə bu iş bitməz".

O, həmçinin, Türkiyənin NATO təlimlərində iştirak edən 40 hərbçisini geri çəkəcəyini bildirib.